Zirvede Haber

Göyçe Zengezur Türk Cumhuriyeti Devlet Bakanlığına İsmail Demir Atandı

Göyçe Zengezur Türk Cumhuriyeti Devlet Bakanlığına İsmail Demir Atandı

Göyçe Zengezur Türk Cumhuriyeti Cumhurbaşkanı Rizvan Talibov, yayınlamış olduğu kararnamede İsmail Demir’i İletişim bakan yardımcısı ile Göyçe devlet haber ajansı başkanlığına atadığını duyurdu.

Atamayı G.Z.T.C Cumhurbaşkanı Rizvan Talibov sosyal medya hesabından duyurdu.

Yapılan açıklama şu şekilde gerçekleştirildi;

Cumhurbaşkanı Rizvan Talibov kararname ile açıkladı
Göyçe Zengezur Türk Cumhuriyeti Cumhurbaşkanı Rizvan Talibov’un resmi kararnamesi ve açıklaması şu şekilde;

Göyçə-Zəngəzur Türk Cumhuriyyəti və Qərbi Azərbaycana (ermənistana)aQayıdış Birliyi Mətbuat Xidmətinin məlumatı
Bu gün Göyçə-Zəngəzur Türk Cumhuriyyətinin prezidenti Rizvan Talıbov bir qrup dövlət rəsmiləri ilə birgə Şəhidlər Xiyabanını və Türk Şəhidləri abidəsini ziyarət edərək, qərənfillər qoymuş, cəmi şəhidlərimizin ruhları üçün dualar oxumuşlar. Ziyarətdən sonra Tbilisi 76 ünvanındakı ofisdə toplantı keçirildi. Toplantını açan GZTC prezidenti Rizvan Talıbov toplantı iştirakçılarına 07-14 sentyabr 2022-ci il tarixlərində qardaş Türkiyə dövlətinə etdiyi səfər, paytaxt Ankarada GZTC Nümayəndəlik ofisinin açılması, keçirtdiyi önəmli görüşlər barədə geniş məlumat vermişdir. Paytaxt Ankarada GZTC dövlətinin Nümayəndəlik ofisinin açılmasının xüsusi tarixi əhəmiyyətinin olduğunu vurğulayaraq, tarixi yurdlarına həsrət qalmış milyonlarla soydaşlarımız adından GZTC dövlətinin qardaş Türkiyədə Nümayəndəlik ofisinin açılmasına şərait tanımış Türkiyə Cumhurbaşqanı hörmətli Tayyib Ərdoğan və Azərbaycan Respublikası prezidenti hörmətli İlham Əliyev cənablarına bir daha xüsusi təşəkkürlərini çatdırmışdır. Eyni zamanda GZTC Nümayəndəlik ofisinin açılmasında xüsusi xidmətləri olmuş GZTC prezidentinin Beynəlxalq Təşkilatlar və Türk Dövlətləri ilə əlaqələr üzrə köməkçisi, GZTC Xarici İşlər Naziri Mehmed Ali Arslan başda olmaqla zəhməti keçmiş hər kəsə öz adından, GZTC dövləti adından bir daha təşəkkür etmişdir. Toplantının yekununda alınmış qərarlara görə GZTC dövlətinin tanınması üçün zəruri hüquqi sənədlərin qısa müddət ərzində hazırlanıb BMT-yə, Türkiyə, Azərbaycan, Kazaxstan, Özbəkistan, Türkmənistan, Pakistan,ABŞ, İran, Rusiya Federasiyası, ÇXR, Yaponiya, Avropa, Afrika və İslam Əməkdaşlıq Təşkilatı üzvü olan dövlətlərə təqdim etməsi GZTC Xarici İşlər Naziri Mehmed Ali Arslana tapşırılmışdır. Qərara alınmışdır ki, GZTC dövləti Ermənistan hökümətinin yürütdüyü siyasətin regionumuzun sülh şəraitində yaşaması, inkişafı, rifahı, sabitliyi üçün daimi təhlükə mənbəyi olaraq qalır. Ona görədə GZTC dövləti Ermənistan höküməti ilə GZTC dövlətinin sərhədləri, paytaxtı və gələcək statusu barədə hər hansı bir danışıqlar aparmaqdan imtina edir. Müstəqil GZTC dövləti olaraq alacaqları qərarlarını Azərbaycan və qardaş Türkiyə dövlətləri ilə məsləhətləşərək, ortaq bir şəkildə qəbul edəcəklərini qərara alır.Toplantı GZTC prezidenti Rizvan Talıbovun yekun çıxışı ilə uğurla yekunlaşmışdır.


Eyni zamanda GZTC prezidentinin imzaladığı sərəncamlarla, səhhətləri ilə əlaqədar olaraq,
1. Həsənov Rəhman İbrahim oğlu GZTC Ekologiya və Təbii Sərvətlər naziri vəzifəzindən,
2. Mehdiyev Sərdar Məmməd oğlu GZTC Memarlıq və Şəhərsalma Dövlət Komitəsinin sədri vəzifəsindən azad olunmuşlar.
GZTC prezidentinin digər sərəncamları ilə
1.1. Adil Özdemir Ekologiya və Təbii Sərvətlər naziri vəzifəzinə,
1.2. Ahmet Erkurdoğlu GZTC prezidentinin köməkçisi, GZTC Memarlıq və Şəhərsalma Dövlət Komitəsinin sədri vəzifəsinə,
1.3. Mehmed Şerif Çelikkaya GZTC Təhsil nazirinin müavini vəzifəsinə,
1.4. İsmail Demir GZTC Mətbuat və İnformasiya nazirinin müavini və Göyçe Xeber Dövlət Agentliyinin sədri vəzifəsinə təyin edilmişlər.
Sərənçamlar imzalandıqları 19.09.2022-ci il tarixindən qüvvəyə minir.
Dövlətimiz, Millətimiz, El-obamız üçün xeyirli, uğurlu olsun!
Göyçə-Zəngəzur Türk Cumhuriyyəti və Qərbi Azərbaycana (ermənistana) Qayıdış Birliyinin Mətbuat Xidməti.

ZİYARETÇİ YORUMLARI

Henüz yorum yapılmamış. İlk yorumu aşağıdaki form aracılığıyla siz yapabilirsiniz.

BİR YORUM YAZ